Messi Ronaldonu geridə qoydu, Raula çatdı
Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində hazırda “Ayaks”la qarşılaşan "Barselona" rəqibinə 2:0 hesabı ilə qalib gəlir.

Bu görüşdə dubl edən Lionel Messi Çempionlar Liqası tarixinin ən məhsuldar futbolçusu, Madrid "Real"ının canlı əfsanəsi Raul Qonzalesə çatıb.

Amsterdamda keçirilən oyunda iki dəfə fərqlənərək Çempionlar Liqasında vurduğu qolların sayını 71-ə yüksəldən Messi "Real"ın forvardı Kriştiano Ronaldonu geridə qoyub. Portuqaliyalı futbolçunun aktivində 70 qol var.

Qeyd edək ki, Messi bir qol daha vuracağı təqdirdə Çempionlar Liqasının ən məhsuldar futbolçusu olacaq.

Xəbər 893 dəfə oxundu.