"Futbol tarixinin ən yaxşısı olmaq istəyirəm" - Ronaldo
"Qızıl buts" mükafatına sahib çıxan "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo iddialı açıqlamaları ilə diqqət çəkib.

"AS" qəzetinə danışan portuqaliyalı oyunçu futbol tarixinin ən yaxşısı olmaq istədiyini bildirib:

"Hər kəsin öz fikri var. Mən də futbol tarixinin ən yaxşısı olmaq istəyirəm. Hər şeyi bunun üçün edirəm. Addım-addım tarix yazmağa çalışıram. Karyeramı başa vurduğumda tarixin ən yaxşıları sırasında yer almaq istəyirəm. Buna nail olacağıma da inanıram.

Hazırda məndə hər şey qaydasındadır. Çoxlu qollar vururam. Yanvar ayında yenidən "Qızıl top" mükafatı uğrunda mübarizə aparacam. Əlbəttə, üçüncü dəfə bu mükafata sahib çıxmaq istəyirəm".

Xəbər 954 dəfə oxundu.