Emil Mpenza: "Neftçi"də hər kəslə gözəl münasibətim var

“Doğrudur, mən bu mövsüm "Neftçi"yə kömək edə bilmirəm. Təbii ki, bu da məni qane etmir. Ona görə də özümə başqa klub tapmalıyam. Artıq menecerim də mənim üçün yeni klub axtarışına başlayıb". Apasport.az saytının məlumatına görə, bu sözlü "Neftçi" klubunun hücumçusu Emil Mpenza Belçika mətbuatına müsahibəsində deyib.
Qışda "Neftçi"ni tərk edəcəyini bildirən Mpenza komandadan yaxşı əhval-ruhiyyə ilə ayrılmaq istədiyini vurğulayıb: "Böyük ehtimalla, qışda "Neftçi"ni tərk edəcəm. Ancaq mən komandadan yaxşı əhval-ruhiyyədə ayrılmaq istəyirəm. Çünki mənim "Neftçi"də hər kəslə gözəl münasibətim var. Təəssüf ki, "Neftçi"nin əsas heyətindən kənarda qalıram. Özümü yaxşı hiss edirəm və daha çox oynamaq istəyirəm. Bununla belə, baş məşqçimiz Böyükağa Hacıyevin seçiminə də hörmətlə yanaşıram. Meydana çıxmaq üçün 100 faiz hazır olsam da, Hacıyev kimi istəyir onu da oyuna buraxır".
Qeyd edək ki, 33 yaşlı futbolçunun Belçikanın "Standard" klubuna keçəcəyi gözlənilir.

Xəbər 1094 dəfə oxundu.