Lippini Kannavaro əvəzlədi
İtaliya millisinin sabiq futbolçusu Fabio Kannavaro Çinin "Quançjou" klubunun yeni baş məşqçisi təyin olunub.

Bu barədə klubun rəsmi "tvitter" səhifəsi məlumat yayıb.

Kannavaro bu vəzifədə əfsanəvi mütəxəssis Marçello Lippini əvəzləyib. Lippi bir müddət öncə yaşının çox olması ilə əlaqədar karyerasını başa vuracağını açıqlamışdı.

Qeyd edək ki, "Quançjou" klubu Kannavaronun məşqçilik karyerasında ilk komandası olacaq. O, 2006-cı ildə İtaliya millisi ilə Lippinin rəhbərliyi altında dünya çempionatının qızıl medallarını qazanıb.

Xəbər 901 dəfə oxundu.