Maldinidən sonra Pirlo
"Yuventus"un futbolçusu Andrea Pirlo üçün Çempionlar Liqasında "Olimpiakos"a qarşı oyun əlamətdar olub.

Təcrübəli yarımmüdafiəçi bu görüşlə ÇL-də 100-cü matçına çıxıb. A.Pirlo Paolo Maldinidən sonra bu uğuru təkrarlayan ikinci italiyalı futbolçu olub.

Qeyd edək ki, "Yuventus" - "Olimpiakos" oyunu birincilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 785 dəfə oxundu.