Yaponiyalı güləşçilər Bakıda təlim-məşq toplanışında
Güləş üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarımız təqvim planına uyğun olaraq təlim-məşq toplanışlarını davam etdirir.

Noyabrın 1-dən etibarən isə, yığma komandalarımızla birgə təlim-məşq toplanışında Yaponiya güləşçiləri də iştirak edir. Yaponiyanın bir qrup yeniyetmə yunan-Roma, həmçinin yeniyetmə və gənclərdən ibarət qadın güləşçiləri ölkəmizdə səfərdədir.

Ümumilikdə 11 yapon güləşçisinin iştirak etdiyi təlim-məşq toplanışı noyabrın 7-dək davam edəcək.

Xəbər 810 dəfə oxundu.