Masallıda boks üzrə rayon birinciliyi keçirilib
25-26 oktyabr tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı boks mərkəzində 18 oktyabr Müstəqillik günü münasibəti ilə yeniyetmə və gənclər arasında boks üzrə rayon birinciliyi keçirilib.

10 çəki dərəcəsində 78 nəfər yeniyetmə və gənc boksçuların iştrakı ilə keçirilən yarışın məqsədi rayonda boks idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək olub.

Olduqca gərgin mübarizə şəraitində keçirilən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 901 dəfə oxundu.