Kasilyasdan yeni rekord
Madrid “Real”ın qapıçısı İker Kasilyas yeni rekorda imza atıb.

Çempionlar Liqasının qrup mərhələsində hazırda “Liverpul”a qarşı keçirilən oyunda “Real”ın qapısını qoruyan 33 yaşlı qolkiper sözü güdən turnirdə 144-cü matçına çıxıb.

Bununla da o, “Barselona”nın futbolçusu Xavi Ernandesin rekordunu (143 qol) yeniləyib.

Qeyd edək ki, Xavi bu gün ÇL-ın qrup mərhələsində “Ayaks”la oyunda yenidən Kasilyasa çata bilər.

Xəbər 859 dəfə oxundu.