“Barselona” nüfuzunu itirib” – Yohan Kroyf
Dünya futbolunun canlı əfsanəsi Yohan Kroyf bir vaxtlar baş məşqçisi olduğu "Barselona"nın hazırkı durumu barədə fikirlərini bildirib.

O, Kataloniya klubunun əvvəlki nüfuzunu itirdiyini deyib: "Barselona"nı belə durumda görmək üzücüdür. Klubun bəzi nümayəndələri məhkəməlik olublar. Klubun sabiq prezidenti həbs edilə bilər. "Barsa"nın 9 ildə iki dəfə baş məşqçi dəyişikliyi etdiyi vaxtlar olub. Son 3 ildə isə komandanı 3 fərqli məşqçi çalışdırıb. "Barsa" azarkeşləri bu durumdan heç məmnun deyil".

Y.Kroyf "Barselona"nın futbolçuları Lionel Messi, Neymar və Luis Suaresin birgə uğur qazanacağını şühbə ilə yanaşdığını da bildirib: "Onların uğur əldə edib-etməyəcəyini zaman göstərəcək".

Təcrübəli mütəxəssis onu da deyib ki, hazırda yaxşı oyunu ilə diqqət çəkən "Real" bu cür oynamağı "Barselona"dan öyrənib: "Real" mövsümün əvvəlinə pis başlasa da, hazırda stabil oynayır".

Y.Kroyf "Barsa"nın baş məşqçisi Luis Enrikeyə dəstək olub. Bildirib ki, gənc mütəxəssisi tənqid etmək üçün hələ tezdir: "Enrikenin yaxşı xüsusiyyətləri var. O, işini sevən məşqçidir".

Xəbər 871 dəfə oxundu.