Millimizin açıq məşqi olacaq
Millimizin "Avro-2016"nın seçmə mərhələsində Norveç millisi ilə oyun öncəsi açıq məşqi olacaq.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığə xəbərə görə, matça hazırlıq məqsədilə bu gündən etibarən təlim-məşq toplanışına başlayan milli komandamızın noyabrın 15-i, saat 20:00-da 8-ci km qəsəbə stadionunda ilk 20 dəqiqəsi mətbuat və azakeşlər üçün açıq məşqi keçiriləcək.

Qeyd edək ki, Azərbaycan - Norveç qarşılaşması noyabrın 16-ı, saat 21:00-da başlayacaq. Oyun 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Xəbər 970 dəfə oxundu.