Hüseynov Mirzə İbrahim oğlu
Hüseynov Mirzə İbrahim oğlu 18 mart 1939-cu ildə Bakı şəhərində anadan olub.
İdmanın ağır atletika növü ilə məşğul olub. Ağır atletika üzrə “İdman ustası”dır. 1967-ci ildə Azərbaycan Dövlət Universitetində bədən tərbiyəsi müəllimi kimi fəaliyyətə başlayıb. 1988-ci ildə Azərbaycan Tibb Universitetinin “Bədən tərbiyəsi və sağlamlıq” kafedrasının müəllimi, 1994-cü ildə isə dosenti seçilib. 1994-2004-cü illərdə kafedrada həmkarlar ittifaqının sədri vəzifəsində çalışıb. Azərbaycan Ağır Atletika Federasiyası İcraiyyə Komitəsinin üzvüdür. “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi”, “Respublika dərəcəli hakim”dir.

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2009-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1245 dəfə oxundu.