"Qızıl top"la maraqlanmıram" - Luis Suares
"Barselona"nın hücumçusu Luis Suares "Qızıl top"a namizəd olmamasına münasibət bildirib.

Uruqvaylı futbolçu "Marca"ya açıqlamasında deyib ki, problemlərlə üzləşməmək üçün bu haqda çox danışmaq istəmir: "Siyahıda niyə yer almadığımla maraqlanmıram. Özümə problem yaratmaq istəmirəm. Buna görə də bu barədə danışmaq istəmirəm".

Xəbər 1009 dəfə oxundu.