Şvaynştayger üçün il erkən başa çatdı
Almaniya millisinin və "Bavariya" klubunun yarımmüdafiəçisi Bastian Şvaynştayger zədəsi səbəbindən ilin sonuna qədər yaşıl meydanlardan kənarda qalacaq.

Bu barədə klubun direktoru Karl-Haynz Rummenige açıqlamasında deyib.

"Şvaynştayger ilin sonuna qədər yaşıl meydanlara qayıda bilməyəcək. O, komanda ilə məşqlərə dekabr ayında başlayacaq" - deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, son dünya çempionatının qalibi avqust ayında keçirilən yoldaşlıq görüşündə topuğundan zədələnib.

Xəbər 810 dəfə oxundu.