Azərbaycan Premyer Liqasında növbəti uzunmüddətli fasilə
Noyabrın 4-dən Bakıda Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışı başlanacaq.

Toplanış millimizin noyabrın 16-ı, 8-ci km qəbəsə stadionunda Norveç yığması ilə “Avro-2016”nın seçmə mərhələsinə hazırlıq məqsədi ilə keçiriləcək.

Bu səbəbdən bu gündən etibarən Azərbaycan Premyer Liqasında uzunmüddətli fasilə elan olunub. Peşəkar Futbol Liqasının təsdiq etdiyi təqvimə əsasən, çempionatımızda növbəti turun oyunları bir də 16 gün sonra, noyabrın 19-da “Araz Naxçıvan” – “Sumqayıt” oyunu ilə bərpa olunmalıdır.

Xatırladaq ki, bir ay öncə millimizin İtaliya və Xorvatiya ilə “Avro-2016”dakı seçmə matçları ilə əlaqədar Premyer Liqamızda 21 günlük fasilə yaranmışdı.

Xəbər 800 dəfə oxundu.