Millimiz Macarıstanı məğlub etdi
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası Macarıstanın gənclərdən ibarət yığması ilə yoldaşlıq oyunu keçirib.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma 7:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.

Asif Zeynalovun het-trik etdiyi oyunda hərəyə bir dəfə isə Sabir Allahquliyev, Comərd Baxşəliyev, Orxan Məmmədov və Elvin Quliyev fərqlənib.

Xəbər 889 dəfə oxundu.