"Barselona"da ciddi itki
"Barselona" ciddi itki ilə üzləşib.

Jeremi Mathieu İspaniya La Liqasında "Selta" ilə oyunda zədələnib. Baldırından zədə alan 31 yaşlı müdafiəçinin 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, J.Mathieu bu yay "Barselona"ya transfer olunub.

Xəbər 846 dəfə oxundu.