Araz Abdullayev Yunanıstan çempionatında debüt etdi

Bu gün Yunanıstan Superliqasında növbəti turun görüşləri keçirilib. Azərbaycan milli komandasının yarımmüdafiəçisi Araz Abdullayevin komandası "Panionios" klubu öz meydanında "Asteras Tripolis"i qəbul edib. "Neftçi" klubunun yetirməsi olan Arazın bu görüşdə debüt edib. Araz oyunun ikinci hissəsində - 62-ci dəqiqədə Deyan Milanoviçi əvəz edərək meydana çıxıb. Onun komandası isə 2:0 hesabı ilə qələbə qazanıb.
Oyunda hesabı 42-ci dəqiqədə Kolovos açıb. 77-ci dəqiqədə isə Fanuris Qandalukis hesabı daha da artırıb.
Qeyd edək ki, 72-ci dəqiqədə Arazın zərbəsindən sonra top rəqibin əlinə dəyib. Hakim penalti təyin etsə də, Nyazi Kuqi yuzfaizli imkanı dəyərləndirə bilməyib.
Yeri gəlmişkən, 15 oyundan sonra xalını 16-ya çatdıran Arazın komandası turnir cədvəlində 9-cu pilləyə qalxıb.

Xəbər 1030 dəfə oxundu.