Arda Turandan etiraz: “Haqsızlıqdır”
"Atletiko"nun futbolçusu Arda Turan İspaniya Peşəkar Futbol Liqası tərəfindən cəmi bir mükafat almalarına münasibət bildirib.

Türk yarımmüdafiəçi komandanın cəmi bir mükafatın (Dieqo Simeone üçün verilən ötən mövsümün ən yaxşı baş məşqçi mükafatı – red.) verilməsinin haqsızlıq olduğunu deyib. O bildirib ki, Ronaldoya verilən mükafatdan başqa, bütün mükafatlara "Atletiko"nun futbolçuları layiq görülməli idi:

"Atletiko” 18 illik fasilədən sonra ötən mövsüm İspaniya çempionu oldu. Ancaq komandanın sabiq qapıçısı, bütün çempionatı yüksək səviyyədə keçirən Tibo Kurtuaya belə mükafat verilmədi. Ronaldoya verilən mükafatdan başqa, bütün mükafatlara bizim oyunçular layiq idi. Cəmi bir mükafat almağımıza inana bilmirik”.

Xəbər 863 dəfə oxundu.