Əziz Yıldırım futboldan uzaqlaşdırıldı
"Fənərbaxça”nın prezidenti Əziz Yıldırım cəzalandırılıb.

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Ə.Yıldırımı 60 günlük futboldan uzaqlaşdırıb. Buna klub prezindentinin hakimə qarşı etdiyi qeyri-etik hərəkətləri və onları hədələməsi səbəb olub.

Bundan başqa, Yıldırım 26 min türk lirəsi məbləğində cərimə ödəyəcək.

Xəbər 860 dəfə oxundu.