"Fulhem"in baş məşqçisi müəyyənləşdi
"Fulhem" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komandanı Kit Simons çalışdıracaq.

Feliks Maqatın sentyabr ayının ortalarında istefaya göndərilməsindən sonra müvəqqəti olaraq baş məşqçinin səlahiyyətlərini yerinə yetirən Simons rəhbərliyin etimadını qazanıb. Onun rəhbərliyi altında komanda keçirdiyi 8 oyunda 5 qələbə qazanıb, bir dəfə heç-heçə edib və iki görüşdə meydandan məğlub ayrılıb. Rəhbərliyin təklifini müsbət qarşılayan 43 yaşlı mütəxəssis rəsmən "Fulhem"in baş məşqçisi təyin olunub.

Qeyd edək ki, İngiltərə aşağı liqasında çıxış edən "Fulhem" geridə qalan 14 turdan sonra 14 xalla turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.

Xəbər 803 dəfə oxundu.