Georgi Hacıdan "Qalatasaray" iddialarına münasibət
"Viitorul"un baş məşqçisi Georgi Hacı "Qalatasaray"ı çalışdıracağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Rumıniyalı mütəxəssis sabiq klubu ilə danışıqlar aparmadığını deyib:

"Türkiyə mətbuatında yayılan xəbərlər həqiqəti əks etdirmir. "Qalatasaray" nümayəndələri ilə görüşməmişəm" - deyə o, bildirib.

Qeyd edək ki, Türkiyə superliqasında "Başakşehir"ə 0:4 hesablı məğlubiyyətdən sonra "Qalatasaray"ın baş məşqçisi Prandelli istifayə göndərəcəyi və G.Hacının onu əvəzləyəcəyi iddia edilirdi.

Xəbər 827 dəfə oxundu.