Təxirə salınmış oyunların vaxtı açıqlandı
“Bakılı” klubunun beş üzvünün 25 oktyabr - 4 noyabr tarixlərində Azərbaycan çimərlik futbolu üzrə milli yığma komandasının heyətində Dubay şəhərində təlim-məşq toplanışında iştirak etməsi səbəbindən təxirə salınmış “Bakılı” – “Şuşa” və “Mil Muğan” – “Bakılı” matçlarının keçirilmə tarixi müəyyənləşib.

İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, VIII turdan təxirə salınmış “Bakılı” – “Şuşa” matçı noyabrın 10-da, IX turdan təxirə salınmış “Mil-Muğan” – “Bakılı” matçı noyabrın 17-də keçiriləcək.

Xəbər 731 dəfə oxundu.