İtaliya A Seriyası: "Yuventus" uduzdu, "Roma" lider oldu
İtaliya A Seriyasında 9-cu turun oyunları davam edir.

Turun ikinci oyun günündə daha 8 qarşılaşma baş tutub.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “İnter” öz meydanında “Sampdoriya”nı qəbul edib. Milan klubu 90-cı dəqiqədə vurduğu qolla minimal hesabla qalib gəlib.

“Kalyari” – “Milan” matçında bərabərlik qeydə alınıb – 1:1.

“Roma” doğma meydanda “Çezena”nı məğlub edib 2:0. Paytaxt təmsilçisi bu qələbəb ilə liderliyə yüksəlib.

Qeyd edək ki, A Seriyasında 9-cu tura bu axşam keçiriləcək "Verona" - "Latsio" oyunu ilə yekun vurulacaq.



29 oktyabr

İtaliya A Seriyası, 9-cu tur

"Roma" - "Çezena"- 2:0
Qollar:Destro, 8, De Rossi, 81

"Atalanta" - "Napoli" - 1:1
Qollar: Denis, 57 (1:0), İquain, 87 (1:1)


"Kalyari" - "Milan" - 1:1
Qolar: İbarbo, 24 (1:0), Bomaventura, 34 (1:1)


"Fiorentina" - "Udineze" - 3:0
Qollar: Babakar, 44, 70, Valero, 80

"Genua" - "Yuventus" - 1:0
Qol: Antonini, 90+4

"İnter" - "Sampdoriya" - 1:0
Qol: İkardi, 90-pen.

"Palermo" - "Kyevo" - 1:0
Qol:Riqoni, 81

"Torino" - "Parma" -1:0
Qol: Darmian, 10



28 oktyabr


"Sassuolo" - "Empoli" - 3:1
Qollar: Krose, 18 (0:1), Missiroli, 56 (1:1), Flokkari, 61 (2:1), Berardi, 73 (3:1)


30 oktyabr

"Verona" - "Latsio"

Xəbər 864 dəfə oxundu.