Vaqif Cavadovun komandası növbəti mərhələdə
Türkiyə kubokunda III turun növbəti oyunları keçirilir.

Millimizin üzvləri Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin çıxış etdiyi “Qaziantep BB" öz meydanında “Yeni Aksarayspor”u qəbul edib.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, Qaziantep təmsilçisi növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, oyunda hər üç futbolçumuz forma geyib. U.Budakla R.Hacıyev start heyətində yer alsa da, ikinci hissədə əvəzləniblər. V.Cavadov isə ikinci hissənin əvvələrində meydada daxil olub.

Xəbər 864 dəfə oxundu.