Runi "Mançester Siti"yə qarşı oynayacaqmı?
"Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runi İngiltərə Premyer Liqasının 10-cu turunda "Mançester Siti" ilə keçiriləcək oyunda iştirak etməyə bilər.

İngilis futbolçu komandanın son məşqində ayağından yüngül zədə alıb.

29 yaşlı futbolçunun məşqdən sonra meydançanı axsayaraq tərk etdiyi bildirilir. Onun həftəsonu Mançester derbisində iştirak edib-etməyəcəyi sual altındadır.

Qeyd edək ki, noyabrın 2-də keçiriləcək "Mançester Siti" - "Mançester Yunayted" oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Xəbər 789 dəfə oxundu.