"Araz Naxçıvan" beş futbolçusu ilə yolları ayırdı
"Araz Naxçıvan" beş futbolçusu ilə yolları ayırıb.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Elgiz Kərəmli, Qərib İbrahimov, Elnur Abdulov, Kamil Nurəhmədov və Ruslan Zubkov ilə müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. Gedən futbolçuların boşluğu isə əvəzedici heyətin oyunçuları ilə doldurulub.

Yaxın zamanda komandanın heyətinə bir neçə yeni futbolçu da dəvət ediləcək.

Xəbər 788 dəfə oxundu.