İspaniyada ötən mövsümün ən yaxşıları müəyyənləşdi
İspaniya Futbol Federasiyası 2013/2014 mövsümündə La Liqanın ən yaxşı futbolçularını seçib.

"Real"ın (Madrid) hücumçusu Kriştiano Ronaldo "La Liqanın ən yaxşı futbolçusu", "Ən yaxşı hücumçu" və "Ən yaxşı qol" mükafatlarının sahibi olub. Portuqaliyalı ulduzun "Valensiya"ya qarşı vurduğu qol ötən mövsümün ən yaxşısı seçilib.

K.Ronaldo üç mükafatı qazandığı üçün sevindiyini deyib: "Mükafatlarda da "het-trik"ə imza atdım. Buna görə də qürur hissi keçirirəm. Komanda yoldaşlarıma təşəkkür edirəm".

Ötən mövsümün ən yaxşı baş məşqçisi adına isə "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone layiq görülüb.

Digər mükafatları isə aşağıda adları qeyd olunan futbolçular qazanıb.

Ən yaxşı qapıçı: Keylor Navas ("Levante"/"Real")
Ən yaxşı müdafiəçi: Serxio Ramos ("Real")
Ən yaxşı yarımmüdafiəçi: Luka Modriç ("Real")
Ən yaxşı hücumameyilli yatımmüdafiəçi: Andres İnyesta ("Barselona")
Gələcək vəd edən futbolçu: Rafinya ("Selta")

Xəbər 758 dəfə oxundu.