Messi "Real"a qarşı zədəli halda oynayıb
"Barselona"nın futbolçusu Lionel Messi İspaniya La Liqasında oktyabrın 25-i "Real"a qarşı matçda zədəli halda oynayıb.

Argentinalı hücumçunun oyun öncəsi ayaq biləyi burxulub. Bu səbəbdən Messi ağrıkəsici dərmanların köməyi ilə Madrid klubuna qarşı oynayıb.

Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşması birincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 754 dəfə oxundu.