Rəşid Məmmədbəyovun xatirəsinə Respublika turniri ilk gün
Hövsan Olimpiya İdman Kompleksində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi start götürüb.

Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləş üzrə 42, 46, 50, 54, 58, 63 və 69 kq çəki dərəcələrində 1998-1999-cu il təvəllüdlü 146 nəfər yeniyetmə güləşçi mübarizə aparır.

İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.

Turnirin rəsmi açılış mərasimi isə, oktyabrın 28-də, saat 17.00-da gerçəkləşəcək.

Xəbər 857 dəfə oxundu.