Masallıda boks üzrə rayon birinciliyi
25-26 oktyabr tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı boks mərkəzində 18 Oktyabr Müstəqillik Günü münasibətilə yeniyetmə və gənclər arasında boks üzrə rayon birinciliyi keçirilib.

10 çəki dərəcəsində 78 nəfər yeniyetmə və gənc boksçuların iştirakı ilə keçirilən yarışın məqsədi rayonda boks idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək olub.

Yarışın yekun nəticələrinə görə qalib gələn idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 823 dəfə oxundu.