Hətəmov Əhməd Süleyman oğlu
Hətəmov Əhməd Süleyman oğlu 18 iyul 1959-cu ildə Bakı şəhərində anadan olub.
1983-cü ildə Moskva Kooperativ İnstitutunun əmtəşünaslıq fakultəsini bitirib. Əmək fəaliyyətinə 1977-ci ildən başlayıb. 1981-ci ildən karate-do idman növü ilə məşğul olmağa başlayıb. Dəfələrlə Azərbaycan çempionu adına layiq görülüb. Avropa dünya çempionatlarının qalibi və mükafatçısıdır. 1990-1991-ci illərdə “Elektron” kooperativində karate-do üzrə məşqçi, 1991-2000-ci illərdə “Dinamo” idman cəmiyyətində baş məşqçi vəzifəsində çalışıb. 2000-ci ildən Ənənəvi Karate-do Federasiyasının prezidentidir. “Əməkdar İdman Ustası”, karate-do üzrə “Əməkdar məşqçi” fəxri adlarına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 22 dkabr 2009-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 2860 dəfə oxundu.