"Arsenal"da Teo Uolkot sevinci
İngiltərənin "Arsenal" klubunda Teo Uolkot sevinci yaşanır.

Zədədən əziyyət çəkən gənc futbolçu artıq sağalıb.

9 aylıq zədənin ardından ötən həftə U-21 komandasının heyətində 45 dəqiqə oynayan Uolkotun "Sanderlend"lə görüşdə meydana çıxa biləcəyi iddia olunur.

Qeyd edək ki, sabah keçiriləcək "Sanderlend" - "Arsenal" oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər 831 dəfə oxundu.