Ramos "El-Klassiko"da oynayacaq?
"Real"ın futbolçusu Serxio Ramos zədəsini sağaldıb.

Bu barədə Madrid klubunun baş məşqçisi Karlo Ançelotti özü açıqlamasında deyib. O bildirib ki, Ramos İspaniya La Liqada "Barselona"ya qarşı sabahkı matçda meydanda olacaq.

Qeyd edək ki, "Real" - "Barselona" görüşü sabah, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 946 dəfə oxundu.