Kasilyas Raul və Xavini geridə qoydu
Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Liverpul"la oyunda iştirak edən "Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas yeni rekorda imza atıb.

İspan qolkiper "Real"ın heyətində Çempionlar Liqasında 85-ci qələbəsini qazanıb.

33 yaşlı qapıçı bu göstəricidə "Barselona"nın yarımmüdafiəçisi Xavi Hernandezi geridə qoyub. Xavi 84 dəfə ÇL-də qələbə sevinci yaşayıb.

Kasilyas eyni zamanda qitənin ən mötəbər turnirində 143-cü matçına çıxmaqla ÇL-də 142 oyun keçirən "Real"ın canlı əfsanəsi Raul Qonzalesi də geridə qoymağı bacarıb.

Qeyd edək ki, dünən səfərdə "Liverpul"un qonağı olan "Real" rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

Xəbər 988 dəfə oxundu.