Yeniyetmə və gənclərin Respublika seçim turnirlərinin final mərhələsi başlayır
27-29 oktyabr 2014-cü il tarixdə Hövsan Olimpiya İdman Kompleksində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi, oktyabrın 30-31-də isə gənclər arasında “Hünər meydanı” Respublika seçim turniri keçiriləcək.

Yeniyetmələrin yarışında 1998-1999, gənclərin yarışında isə 1995-1997-ci il təvəllüdlü güləşçilər mübarizə aparacaq. Yarışların proqramına əsasən, turnirin rəsmi açılış mərasimi oktyabrın 27-də, saat 17.00-da gerçəkləşəcək.

Yarışlar hər gün saat 10:00-da başlayacaq. Azərkeşlərin arenaya girişi sərbəstdir.

Hər iki yarışda Azərbaycanın bütün bölgələrindən olan güləşçilər iştirak edəcək. İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.

Proqram

27 oktyabr
42, 46, 50, 54, 58, 63 və 69 kq sərbəst güləş üzrə yeniyetmələr

28 oktyabr
76, 85 və 100 kq sərbəst güləş üzrə yeniyetmələr
42, 46, 50 və 54 kq yunan-Roma güləşi üzrə yeniyetmələr

29 oktyabr
58, 63, 69, 76, 85 və 100 kq yunan-Roma güləşi üzrə yeniyetmələr

30 oktyabr
50, 55, 60, 66, 74, 84, 96 və 120 kq sərbəst güləş üzrə gənclər

31 oktyabr
50, 55, 60, 66, 74, 84, 96 və 120 kq yunan-Roma güləşi üzrə gənclər

Qeyd: İlk gün mübarizə aparacaq güləşçilərin çəki mərasimi Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək və bazar günü - 26 oktyabr 2014-cü il, saat 15:30-da başlayacaq.

Xəbər 795 dəfə oxundu.