Premyer Liqamızda hakim təyinatları açıqlandı
Azərbaycan Premyer Liqasında 9-cu turun hakim təyinatları açıqlanıb.

İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, turun maraqla gözlənilən "Qarabağ" - "Xəzər Lənkəran" oyunu Ramil Diniyevə, "Neftçi" - "inter" matçı isə Fariz Yusifova tapşırılıb.

24 oktyabr (cümə)

“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Rəvan Həmzəzadə, Ömər Paşayev
Qəbələ şəhər stadionu, 17:00

25 oktyabr (şənbə)

“Simurq” – “Araz Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Mahir Məmmədov
Zaqatala şəhər stadionu, 18:00

AZAL – “Bakı”
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Rahil Ramazanov, Rəhim Həsənov
“AZAL Arena”, 17:00

26 oktyabr (bazar)

“Qarabağ” – “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Xəlil Hüseynli
Tofiq Bəhramov adına Respublika stadionu, 18:00

“Neftçi” – “İnter”
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Azər Əsgərov, Teymur Fərhadov
"Bakcell Arena", 16:00

Xəbər 792 dəfə oxundu.