Bakıda ilin son beynəlxalq yarışı başlandı

Dekabrın 29-da Novxanıdakı “Sərhədçi” Atçılıq Mərkəzində atçılığın konkur növü üzrə “Həmrəylik Kuboku” beynəlxalq turniri başlayıb.

Yarışda Azərbaycan, Gürcüstan, Rusiya, Polşa, Türkiyə və Qazaxıstan idmançıları iştirak edirlər.

Yarışın ilk günü Polşa idmançısı Aleksandra Lusina “Grat” ləqəbli atla qızıl medal qazanıb. Azərbaycan idmançıları Sərdar Əlibalayev “Elina”, Elmar Abdullayev isə “David” ləqəbli atla ikinci və üçüncü olublar.

Dekabrın 31-dək davam edəcək yarışı Türkiyə və İrandan dəvət olunmuş hakimlər heyəti idarə edir. Turnirin ümumi mükafat fondu 156 min ABŞ dollarıdır.

Xəbər 1449 dəfə oxundu.