FİFA Elxan Məmmədovu mükafatlandırdı
FİFA-nın mənzil qərargahında, İsveçrənin Sürix şəhərində, Fair Play və Sosial Məsuliyyət Komitəsinin iclası keçirilib.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi, adıçəkilən komitənin üzvü kimi Elxan Məmmədov tədbirdə ilk dəfə olaraq iştirak edib. Ali futbol qurumunun prosedur qaydalarına uyğun olaraq yeni komitə üzvlərinə FİFA prezidenti tərəfindən döş nişanı təqdim olunub. Tədbirdə FİFA-nın İcraiyyə Komitəsinin üzvü Şeyx Əli iştirak edib.

Xəbər 792 dəfə oxundu.