"Real"a qalib gəlmək daha önəmlidir, nəinki..." - Messi
"Barselona" klubunun hücumçusu Lionel Messi həftəsonu vuracağı qollarla La Liqa tarixinin ən məhsuldar futbolçusu ola bilər.

Argentinalı futbolçu növbəti turda qarşılaşacaqları Madrid "Real"ı ilə görüşdə bir qol vuracağı təqdirdə "Atletik" (Bilbao) klubunun sabiq oyunçusu Telmo Sarranın rekordunu təkrarlayacaq.

Aktivində 250 qol vuran Messi "Real"la oyunda dubl edərsə, La Liqa tarixinin ən məhsuldar futbolçusu adını qazanacaq. Lakin ulduz futbolçu "Real" matçda qazanılacaq qələbənin Sarranın rekordunu təkrarlamaqdan daha vacib olduğunu bildirib:

"Ayaks"la oyunda (3:1) qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi etdik. Ancaq bu qələbə hər şey demək deyil. Marafon hələ qabaqdadır. Biz hər oyunda qələbə üçün mübarizə aparırıq. "Real"la oyun da istisna deyil. Bu görüşdə qazanılacaq qələbə, Sarranın rekordunu təkrarlamaqdan daha önəmlidir".

Qeyd edək ki, oktyabrın 25-də keçiriləcək "Real" - "Barselona" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 809 dəfə oxundu.