Azərbaycan kubokunda mövsümün ilk qolu
Bu gün futbol üzrə Azərbaycan kubokunda yeni mövsümə start verilib.

1/16 final mərhələsinin oyunları çərçivəsində hazırda iki görüş keçirilir.

Artıq mövsümün ilk qolunun müəllifi də müəyyənləşib. "Qaradağ Lökbatan" klubunun futbolçusu Ramil Nuriyev "Zirə" ilə matçın 16-cı dəqiqəsində penaltidən fərqlənməklə mövsümdə ilk qolun müəllifi olub.

Xəbər 852 dəfə oxundu.