Avropa Liqasında III tura bir oyunla start verilir | |
Avopa Liqasının qrup mərhələsinin III turunun oyunlarına bu gün keçiriləcək bir görüşlə start veriləcək. Kiyevdə baş tutacaq oyunda "Metallist" (Ukrayna) və "Legiya" (Polşa) komandaları üz-üzə gələcək. Sabah Kiyevdə qrup mərhələsinin daha bir oyunu - "Dnepr" - "Qarabağ" matçı keçiriləcək. UEFA qaydalarına əsasən, eyni şəhərdə bir gün ərzində iki avrokubok matçı keçirilə bilməz. Bu səbəbdən "Metallist" - "Legiya" oyunu bir gün öncəyə təyin olunub. Qeyd edək ki, "Metallist" - "Legiya" oyunu bu axşam,Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 22 oktyabr Avropa Liqası, qrup mərhələsinin III tur 21:00. "Metallist" (Xarkov, Ukrayna) - "Legiya" (Polşa) |
|
Xəbər 754 dəfə oxundu. |
|
|