Qvardiola "Roma"nı ələ saldı
"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsində qalib gəldikləri "Roma" ilə oyun haqda fikirlərini bölüşüb.

"Football İtalia"ya danışan ispaniyalı mütəxəssis böyükhesablı qələbəyə baxmayaraq, komandalar arasında ciddi fərqin olmadığını bildirib:

"Robbenin vurduğu erkən qol bizə daha rahat oynamaq imkanı verdi. Daha sonra təzyiq edərək topu özümüzdə saxlamağa başladıq. Komandam topla oynamağı çox sevir. İki həftə sonra komandalar arasında böyük fərqin olmadığını görəcəksiniz. "Roma"nın 3-4 qol vurmaq imkanı oldu. Lakin bundan yararlana bilmədilər. Biz isə dəqiq oynamaqla böyükhesablı qələbə qazandıq".

Qeyd edək ki, "Bavariya" səfərdə "Roma"ya 7:1 hesabı ilə qalib gəlib.

Xəbər 859 dəfə oxundu.