"Şaxtyor" Çempionlar Liqasında tarix yazdı
"Şaxtyor" (Donetsk) Çempionlar Liqasında yeni rekorda imza atıb.

Ukrayna təmsilçisi dünən gecə ÇL-in üçüncü turunda BATE-yə qarşı matçda birinci hissədə 6 qol vurub. Bununla da "Şaxtyor" ÇL-in tarixində birinci hissədə 6 dəfə fərqlənən ilk komanda olub.

Qeyd edək ki, BATE - "Şaxtyor" oyunu ikincilərin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 789 dəfə oxundu.