"Futbolçularımın günahı yoxdur" - Rudi Qarsiya
"Roma"nın baş məşqçisi Rudi Qarsiya Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Bavariya"ya uduzduqları oyunu şərh edib.

O, 1:7 hesablı məğlubiyyət haqda bunları deyib:

"Məğlubiyyətin səbəbkarı özüməm. Futbolçularımın günahı yoxdur. İlk hissədə yanlış taktika ilə oynadıq. Daha çox müdafiə olunmalı və əks-hücumlarda qol vurmağa çalışmalı idik. Topa nəzarət edən "Bavariya" idi".

Xəbər 785 dəfə oxundu.