Çempionlar Liqasında tarixi gecə
Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun ilk günü tarixə keçib.

Dünən gecə turnir tarixində ən məhsuldar gün olub. 8 oyunda komandalar 40 qol vurub, yəni orta hesabla bir oyunda 5 dəfə top qapılardan keçib.

Ən çox qol “Roma”-“Bavariya” matçında qeydə alınıb - 1:7. APOEL - PSJ görüşündə isə ən az qol vurulub - 0:1.

Qeyd edək ki, ÇL-in 3-cü turunun digər oyunları bu gün keçiriləcək.

Xəbər 730 dəfə oxundu.