Messi Ronaldoya çatdı
Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Ayaks”la görüşdə (2:0) fərqlənən Lionel Messi üçün vurduğu qol əlamətdar olub.

ÇL-da 69-cu dəfə fərqlənən argentinalı hücumçu qol sayını Madrid “Real”ının futbolçusu Kriştiano Ronaldoya çatdırıb.

İndi hər iki futbolçu sözügedən turnirdə 69 qola imza atıb.

Qeyd edək ki, ÇL-da ən çox qol vuran “Real”ın sabiq hücumçusu Raul Qonzalesdir. İspaniyalı futbolçu qitənin bir nömrəli klub turnirində 71 dəfə fərqlənib.

Xəbər 711 dəfə oxundu.