"İnter"in baş məşqçisi dəyişməyəcək"
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "İnter" klubu baş məşqçisi Valter Matsarini istefaya göndərməyəcək.

Bu barədə klubun direktoru Pyero Ausilio "Football İtalia"ya açıqlamasında deyib.

Klub rəsmisi ən azı mövsümün sonuna qədər Matsariyə güvənəcəklərini bildirib: "Baş məşqçi vəzifəsinə hər hansı namizəd yoxdur. Matsari ilə iki illik müqaviləmiz var. Ən azı mövsümün sonuna qədər onunla çalışmaq istəyirik. Avropa Liqasında uğurla çıxış etdiyimiz kimi A Seriyasında da yuxarı pillərdə qərarlaşmaqla növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilərik".

Qeyd edək ki, "İnter" A Seriyasında keçirdiyi 7 oyundan sonra 9 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbər 797 dəfə oxundu.