La Liqada ilk baş məşqçi dəyişikliyi
İspaniya La Liqasının 8-ci turunda öz meydanında "Malaqa"ya 1:2 hesabı ilə uduzan "Kordoba" klubunun baş məşqçisi Albert Ferrer istefaya göndərilib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna komandanın uğursuz çıxışı səbəb olub.

Komandanın keçirdiyi 8 oyundan sonra 4 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşması rəhbərliyi narazı salıb. Bu səbəbdən Ferrerlə yollar ayrılıb. Artıq La Liqa təmsilçisinin yeni baş məşqçisi də müəyyənləşib. "Kordoba"nı bundan sonra Miroslav Cukiç çalışdıracaq. Daha öncə La Liqada "Herkules", "Real Valyadolid" və "Valensiya" klublarını çalışdıran 48 yaşlı serbiyalı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Kordoba" bu mövsüm La Liqada baş məşqçisini istefaya yollayan ilk komanda olub.

Xəbər 812 dəfə oxundu.