Di Mariya zədələndi
"Mançester Yunayted"in futbolçusu Anxel di Mariya zədələnib.

Argentinalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında "Vest Bromviç"ə qarşı oyunda ayağından problem yaşayıb. Bu səbəbdən o, 75-ci dəqiqədə Eşli Yanqla əvəzlənib.

Di Mariyanın zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, "Vest Bromviç" - "Mançester Yunayted" görüşü 2:2 hesabı ilə başa çatıb.

Xəbər 855 dəfə oxundu.