Kross üzrə Azərbaycan çempionatı
17-19 oktyabr tarixlərində Xaçmaz rayonunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin 2014-cü il təqvim planına əsasən kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilib.

Bu çempionatda beynəlxalq dərəcəli məşqçi Fikrət Qafarovun rəhbərliyi ilə Astara rayon komandası iştirak edib.

Yığma komanda bu çempionatda uğurla iştirak edib. Belə ki, Neyməddin Qənizadə 3 km məsafəni 10.49 saniyəyə qət edərək Azərbaycan Çempionu adına layiq görülüb, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının diplom və xatirə hədiyyələri ilə təltif olunub.

Qeyd edək ki, bu yarış Azərbaycan Milli Komandasına və 2015-ci il Avropa Olimpiya Oyunlarına seçim xarakteri daşıyıb. N.N.Qənizadə Azərbaycan Milli komandasına namizəd seçilib.

Xəbər 831 dəfə oxundu.